Çərşənbə axşamı, 30 Aprel

İndoneziya sahillərində "üzən tank" peyda olub

image

Hərbi tanka bənzəyən sirli obyekt İndoneziya sularında üzərkən görüntülənib.

İndoneziya Ordusu “sirli tank”la bağlı araşdırmaların aparıldığını bildirsə də, ordu rəsmiləri tankın necə peyda olduğu ilə bağlı ziddiyyətli açıqlamalar verib.

Məlumat verilir ki, İndoneziya sosial şəbəkələrində dənizdə üzən sirli tankın fotoları yayılıb. Yerli mediaya istinadən fotoşəkillər Cənubi Çin dənizinin ən cənub hissəsində və  İndoneziya ərazi sularında yerləşən Natuna dənizində neft platforması işçiləri tərəfindən çəkilib.

Görüntülərdən birində tankın top qülləsi aydın seçilir. Tankın gövdəsi paslanmış kimi görünsə də, ehtiyat yanacaq qutusu və yedək zənciri də daxil olmaqla, bir sıra avadanlıqların hələ də bütöv olduğu görünür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42